15 Sentyabr “Bilik Günü”
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərində, o cümlədən 130 nömrəli tam orta məktəbdə 15 Sentyabr “Bilik Günü” qeyd olundu. Tədbirdə məktəb kollektivi, şagirdlər, valideynlər və məzunlar iştirak etdilər. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova tədbiri açıq elan etdi. Dövlət himninin şagirdlər tərəfindən ifası ilə başlanan tədbirdə məktəbin direktoru Ağasəid Orucov tədbir iştirakçılarını “Bilik Günü” münasibət i ilə təbrik edib, onlara yeni tədris ilində uğurlar arzuladı. O, həmçinin ali məktəbə qəbul olan məzunları təbrik edib, onlara gələcək fəailiyyətlərində müvəffəqiyyətlər arzuladı. Qonaq qismində iştirak edən Hidayət müəllim də öz növbəsində şagirdləri təbrik edib onlara uğurlar arzuladı. Sonda birinci sinif şagirdləri şeirlər söylədilər və ilk zəng sədaları ilə siniflərə daxil oldular.