Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə tədbir keçirildi
Bu il müstəqil, suveren Azərbaycanın qurucusu, dövlətçiliyimizin memarı, möhkəmlənməsinin banisi, ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir 130 nömrəli məktəbdə də qeyd olundu.
“Dahi Rəhbər” adlı tədbir ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanmışdır.
Tədbir məktəb direktoru Ağasəid Orucovun çıxış sözü ilə açıq elan olundu.O, da öz növbəsində Ulu öndərin Azərbaycanın inkişafı yolunda gördüyü işlərdən bəhs edərək şagirdləri məlumatlandırdı. Daha sonra şagirdlər səhnədə yerlərini alaraq, öz növbələrində şeir və musiqi nəğmələri ilə çıxış etdilər. Tədbirdə Heydər Əliyevin çıxışlarının yer aldığı və onun haqqında görkəmli şəxsiyyətlərin söylədikləri fikirlərin əks olunduğu video çarxlar nümaiş olundu.