Narkomanlıq və pis vərdişlərlə mübarizə sahəsində maarifləndirici tədbir

Ötən əsrin bəlalarından sayılan narkomaniya öz aktuallığını saxlayaraq bu günümüzdə də ən qlobal problem olaraq qalmaqdadı. Narkomanlıq narkotik vasitələrdən psixi aslılıq yaradan xəstəlikdir. Bu xəstəlik bu gün bütün dünyanı əhatə etməkdədir. Bu səbəbdən hər ölkə bu problemlə əlaqəli özünəməxsus mübarizə yolu seçir və müxtəlif tədbilər həyata keçirir. Azərbaycanda da bu sahədə müxtəlif tədbirlər görülməkdədir. İstər maarifləndirmə, istərsə də inzibati sahədə bu baxımdan ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Məktəblər bu işin maarifləndirmə qismində iştirak edir. Bu məqsədlə 130 nömrəli məktəbdə 42-ci polis bölməsinin əməkdaşları – YYÇ işləri üzrə baş inspektor polis mayoru Yasəmən Fətəliyeva və sahə rəisi polis mayoru Rüfət İsgəndorov o cümlədən məktəbin direktoru Ağasəid Orucovun birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə yuxarı sinif şagirdləri ilə yanaşı valideynlər də iştirak edirdi. Tədbir şagirdləri zərərli vərdişlərdən, hüquq pozuntularından və digər qeyri-qanuni  əməllərdən çəkindirmək məqsədi daşıyırdı.

Tədbirdə polis əməkdaşları və məktəb direktorunun çıxışları dinlənildi, istər valideynləri, istərsə də şagirdləri maraqlandıran suallar cavablandırıldı, valideynlərin təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi