31 mart Azərbaycanlıların Soyqırımı Günü

Mart Soyqırımı və ya Mart hadisələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin Azərbaycanlılara qarşı törətdikləri qırğınının artıq 100 illiyi ərəfəsində olan xalqımız hər zaman bu soyqırımı böyük hüznlə anır. Bu hadisə Azərbaycan tarixində fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz bir günə çevrilmişdir.

Soyqırımın 100-ci ildönümündə 130 nömrəli məktəbdə təşkil olunan Dəyirmi masa şagirdləri bir daha tarixi faciənin həqiqətləri haqqında məlumatlandırmaq məqsədi daşıyırdı. Dəyirmi masanın təşkilatçısı məktəbin tarix müəllimi Anar Mustafayev şagirdləri mart hadisələrinin tarixi gedişatı haqqında məlumatlandırdı. O, öz çıxışında tarixi mənbələrə əsaslanaraq soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirildiyini, on minlərlə insanın itkin düşdüyünü qeyd etdi. 26 mart 1998 –ci il Tarixindən etibarən bu tarix Heydər Əliyevin Sərəncamı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

Dəyirmi masada şagirdlərin də fikirləri dinlənildi. Onlar da sahib olduqları bilikləri paylaşmaqla və müəllimin verdiyi məlumatları mənimsəməklə bir daha bu hadisə barədə də maariflənmiş oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi