Novruz bayramı münasibəti ilə silsilə tədbirlər keçirildi
Xalqımızın ən gözəl bayramı, baharın carçısı, adət-ənənələrlə zəngin Novruz bayramı münasibəti ilə ölkəmizdə müxtəlif el şənlikləri qeyd olunur. Novuz bayramının qorunub bu günədək çatdırılan gözəl ənənələri Novruzu uşaqların ən sevimli bayramına çevirmişdir. Bu bayram məktəblərdə də böyük təntənə ilə qeyd olunur. Şagirdlər qeyd olunan şənlik və tədbirlərdə yaxından iştirak edirlər. 130 nömrəli məktəbdə də belə silsilə tədbirlər qeyd olundu. İbtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanan tədbir Novruzun bütün atributlarını və personajlarını özündə əks etdirdi. Şagirdlər eyni zamanda müxtəlif nağılları səhnələşdirməklə tədbirə əlavə maraq qatdılar. Tədbirdə məktəbin müəllim kollektivi eyni zamanda Sabunçu rayonu 42-ci Polis bölməsinin YYÇ işləri üzrə Baş inspektoru polis mayoru Yasəmən Fətəliyeva da iştirak etdi. Təbrin sonunda çıxış edən Yasəmən xanım da öz növbəsində hər kəsi Novruz bayramı münasibəti ilə təbrik etdi.