"Xocalı həqiqətləri" adlı seminar təşkil olundu
Soyqırım-etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Azərbaycan xalqına qarşı bu soyqırım siyasətini tarixən həyata keçirmək istəyənlər isə məhz erməni millətçiləri idi. Onlar bu çirkin niyyətlərini 1992-ci il fevralın 25-dən 26-na keçən gecə həyata keçirdilər. Ermənilər bununla öz vəhşi simalarını dünyaya nümayiş etdirdilər. Bir gecədə Xocalı yerlə-yeksan oldu. Bu tarix Azərbaycanın qanlı-qadalı anım günlərindən biridir. Anım günü ərəfəsində ölkə miqyasında silsilə tədbirlər hətaya keçirilir. 130 nömrəli məktəb də silsilə tədbirlərin təşkilinə xüsusi diqqət ayırır. Belə tədbirlərdən biri də məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi “Xocalı həqiqətləri” adlı seminar idi. Seminarda tərbiyə və təlim-tərbiyə işləri üzrə direktor müavinləri müvafiq olaraq Yeganə Dadaşova, Təhminə Novruzova iştirak edirdi. Seminarın digər iştirakçıları məktəbin tarix müəllimi Anar Mustafayev və GHÇ-müəllimi Şəhriyar Əsədov idi. Bu müəllimlər öz mühazirələri vasitəsi ilə şagirdləri tarixi Xocalı hadisəsi haqqında məlumatlandırdılar. Məktəbdə təşkil olunan bu seminar məhz şagirdlərin bu haqda biliklərinin artırılması və yenilənməsinə xidmət edirdi.