Xocalısız 26 il

Xocalı bir xalqın soyqırımı idi. Bu faciənin artıq iyirmi altıncı ildönümünü qeyd edən Azərbaycan 1992-ci ilin fevralında sovet ordusunun dəstəyi ilə Xocalı əhalisinə qarşı görülməmiş bir vəhşilik törədən erməni silahlı qüvvələrinin hücumuna məruz qaldı. Dinc əhaliyə divan tutuldu. 26 fevral günü Xocalıya 3 mövqedən hücum edən düşmən 613 Xocalı sakinini qətlə yetirdi. 8 ailə tamamilə məhv edildi. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Cəsədlərə də işgəncə edən düşmənin törətdiyi bu soyqırım hər bir azərbaycanlının qan yaddaşına çevrilmiş və hər il eyni yanğı ilə bu gün yad edilir. 130 nömrəli məktəbdə də hər zamankı ənənəyə uyğun olaraq bu gün “Xocalısız 26 il” adlı tədbirlə anıldı. Tədbirdə Sabunçu rayonu 42-ci Polis bölməsinin YYÇ işləri üzrə Baş inspektoru polis mayoru Yasəmən Fətəliyeva da iştirak etdi. 9-ci sinif şagirdlərinin iştirakı ilə hazırlanan tədbir, o günün acı həqiqətlərini tədbir izləyicilərinin diqqətinə çatdırdı. Gecənin dəhşəti isə kiçik səhnəcikdə öz əksini tapdı. Tədbirdə həmçinin Xocalıya həsr olunmuş müxtəlif şeirlər də şagirdlərin ifasında səsləndi. Sonda söz məktəb direktoru Ağasəid Orucova təqdim olundu. O da öz növbəsində Azərbaycanın hər bir yeniyetmə və gəncinin bu tarixi tam reallığı ilə mənimsəməsi üçün məktəbin xüsusi əhəmiyyətini qeyd etdi və öz çıxışında şagirdləri məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi