Xocalı abidəsinə ziyarət

Xocalı soyqırımının iyirmi altıncı ildönümü ərəfəsində respublika miqyasında müxtəlif tədbirlərin tərtibi və təşkili həyata keçirilir. Belə silsilə tədbirlərin məktəblərdə təşkili xüsusi əhəmiyyətə malikdir. Məhz bu tədbirlərin nəticəsi olaraq gənc nəsil Xocalı həqiqətlərindən tam reallığı ilə xəbərdardır və onlar necə xain və qəsbkar düşmənlə üz-üzə olduqlarını dərk edirlər. 130 nömrəli məktəbdə də bu anım günlərinin təşkilinə xüsusi diqqət ayrılır. Şagirdlərin təşkil olunan bu tədbirlərdə yaxından iştirak etməsinə diqqət ayırmaqda əsas məqsəd onlarda milli vətənpərvərlik və doğma yurda sevgi hisslərini aşılamaqdan ibarətdir. Xocalı soyqırımı haqqında həqiqətlərin çatdırılması məqsədi ilə məktəbimizdə başlanan silsilə tədbirlərdən birincisi məktəbin müəllim və şagird kollektivinin Xocalı abidəsinə ziyarəti oldu. Təşkil olunan ziyarət zamanı Vətənin, millətin müstəqilliyi uğrunda canlarını qurban vermiş vətən övladları yad olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi