Beynəlxalq Ana Dili Günü
UNESKO – nun 1999 – cu il təssis etdiyi qərarla 2000-ci ilin fevral ayının 21-dən etibarən Beynəlxalq Ana Dili Günü qeyd edilir. Millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitə onun dilidir. Bu günün qeyd olunmasında məqsəd ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir. Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, xasiyyətləri tarixi, insani keyfiyyətləri və soykökü təyin edir. Dilin hər bir şəxsiyyətin ünsiyyət qurması və həmçinin mükəmməl təhsil almasında mühüm rolunu nəzərə alan 130 nömrəli məktəb də bu günü xüsusi tədbirlə qeyd etdi. Tədbir Azərbaycan Respublikası dövlət himninin səslənməsi ilə açıq elan olundu. Tədbirdə bu günün yaranma tarixindən bəhs olundu. Ana dilinə həsr olunmuş şeirlərin və nəğmələrin səslənməsi ilə davam edən tədbir sonda doğma dilimizə həsr olunmuş və Ümumilli lider Heydər Əliyevin nitqinin yer aldığı video çarxla tamamlandı.