Şövkət Məmmədovanın 120 illik yubileyi 130 nömrəli məktəbdə qeyd olundu
Şövkət Məmmədova dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazmışdır. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.
Şövkət Həsən qızı Məmmədovanın anadan olmasının 120 illiyinin tamam olması münasibəti ilə 130 nömrəli tam orta məktəbdə də tədbir təşkil olundu. Tədbir mühazirə formasında təşkil olunmuşdur. Mühazirədə Şövkət Məmmədovanın tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyətindən, vətənə, xalqına xidmətindən danışıldı. Həmçinin tədbirdə Şövkət Məmmədovanın həyat və yaradıcılığından bəhs edən video çarx da nümaiş etdirildi. Daha sonra şagirdlərin iştirakı ilə Şövkət Məmmədova və Üzeyir Hacıbəyovun dialoqu səhnələşdirildi. Tədbirin sonunda məktəbin musiqi müəllimi Gültəkin Mirzəyeva mövzu ilə bağlı uşaqları maraqlandıran sualları da cavablandırdı.