12 Dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
Müstəqil Azərbaycan Respublikasının qurucusu, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ərəfəsində keçirilən silsilə tədbirlərdən biri də 130 nömrəli məktəbdə təşkil olundu. Tədbirdə Sabunçu rayonu 42-ci polis bölməsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru Yasəmən Fətəliyeva, məktəbin şagird və müəllim kollektivi iştirak etdi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə açıq elan olundu. Daha sonra çıxış üçün məktəbin direktoru Ağasəid Orucova söz verildi. O, çıxışında ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən bəhs etdi, onun xalqımızın tarixi taleyində, mənəvi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətləri olduğunu qeyd etdi. Daha sonra şagirdlərin təqdimatında “Unudulmaz dahi öndər” başlıqlı tədbir izlənildi. Tədbirdə dahi rəhbərə həsr olunmuş şeirlər söylənildi, onun həyat və fəaliyyətindən bəhs edən video çarx təqdim olundu. Tədbir məktəbin tarix müəllimi Anar Mustafayevin “Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən siyasətçi idi” fikri ilə tamamlandı.