Dini radikalizmlə mübarizənin başlıca yolları
“İslam Həmrəyliyi ili” ilə əlaqədar olaraq keçirilən silsilə tədbirlərdən biri də 130 nömrəli məktəbdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutdu. “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda olan seminar-treninqdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov, Dövlət komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, məktəbin müəllim və şagird heyəti iştirak ediblər. Tədbir məktəbin direktoru Ağasəid Orucovun giriş sözü ilə başlanıb. O, öz çıxışında mövzunun əhəmiyyətindən danışdı. Tədbirin təşkilatçıları da öz çıxışlarında gənclərin radikal dini qrupların təsirinə düşməməsi üçün mükəmməl təhsil almalarının vacibliyini qeyd etdilər. Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.