Uşaq Hüquqlarını Müdafiə edək

    BMT – nin Baş Assambleyasının “Uşaq Hüquqları Konvensiyası”nı qəbul etməsindən 28 il ötür. Bu Konvensiyanın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsinin isə 25 ili tamam olur. Dövlətimizdə bu konvensiyanın təmin edilməsi üçün bir sıra mühüm işlərin görüldüyü bir dönəmdə məktəblərdə də bununla əlaqəli tədbirlərin həyata keçirilməsi zərurətə çevrilir. Bu məqsədlə 130 nömrəli məktəbdə Dəyirmi masa təşkil olundu. “Uşaq hüquqlarını müdafiə edək” başlıqlı Dəyirmi masanın təşkilatçısı tarix müəllimi Anar Mustafayev uşaqların iqtisadi, sosial və hətta siyasi hüquqlara malik olması barədə şagirdləri məlumatlandırdı. Şagirdlər də öz növbəsində sahib olduqları hüquqlar barədə bildiklərini bölüşdülər. Əldə etdikləri yeni məlumatları qeydə aldılar. Dəyirmi masa zamanı həmçinin uşaq hüquqlarının pozulduğu məqamları əks etdirən və 54 maddədən ibarət olan Uşaq Hüquqları Konvensiyasının 4 əsas kateqoriyası olan “İnkişaf, müdafiə, iştirak və yaşamaq hüquqların”dan bəhs edən video çarxlar da nümaiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi