Milli müstəqillik günü

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasından 26 il ötür. XX əsrin sonlarında daha dəqiq 1991 – ci il 18 oktyabr tarixində Azərbaycan müstəqillik arzusunu reallığa çevirməyi bacardı. Gərgin tarixi şəraitdə öz müstəqilliyini elan etmiş Azərbaycanda daxili çəkişmə və gərginlik məhz ulu öndər Heydər Əliyevin gəlişi nəticəsində aradan qaldırıldı və müstəqil Azərbaycan tarixində parlaq bir səhifə açıldı. Artıq Azərbaycan dünyanın diqqət mərkəzində olan bir dövlətə çevrilməyə müəssər oldu. Azərbaycan əldə etdiyi müstəqilliyi şərəflə qorumağı bacardı. 1993 – cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Heydər Əliyevin ölkəmizin uğurlarını şərtləndirən bu strategiyasının layiqli davamçısı Prezident İlham Əliyevdir və bu siyasət onun tərəfindən uğurla davam etdirilir. İnkişaf etməkdə olan ölkədə təhsil alan hər bir şagird də bu günün əhəmiyyətindən xəbərdardır və onlar bu günü bayram olaraq qeyd edirlər. 130 nömrəli məktəbdə Ə.Səbinə müəllimin təşkilatçılığı ilə keçirilən tədbir də şərəfli tarixin anılması məqsədi daşıyırdı. Tədbir iştirakçıları vətənpərvərlik mövzusunda şeirlər söyləyib, musiqilər ifa etdilər. “18 Oktyabr Müstəqillik günü” başlıqlı tədbirdə Azərbaycanın müstəqilliyə gedən yolunu əks etdirən video çarxlar da nümaiş olundu. Sonda tərbiyə işləri üzrə direktor müavini Dadaşova Yeganə çıxış edərək bu gün münasibəti ilə məktəb kollektivini təbrik etdi və bu kimi bayram tədbirlərini işğal olunmuş torpaqlarımızda qeyd etmək arzusunu ifadə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi