Dünənin, bu günün və gələcəyin partiyası
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür. 1992 – ci ildə yaradılmış bu partiyanın bu günkü lideri və sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. “Dünənin, bu günün və gələcəyin partiyası” adlanan partiyanın əsas mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının çərçivəsində öz Proqram və Nizamnaməsinə uyğun fəaliyyət göstərərək hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq kimi qabaqcıl vəzifələrdən ibarətdir. Yeni Azərbaycan Partiyasının 25 illiliyi münasibəti ilə YAP Sabunçu rayon təşkilatı silsilə tədbirlərini davam etdirir. Növbəti tədbir zamanı 130 nömrəli məktəbdə YAP Sabunçu rayon təşkilatı, Sabunçu rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 7-11 – ci sinif şagirdləri arasında şahmat və mini futbol turnirlərinin final mərhələsi keçirildi. Tədbirdə Sabunçu rayon gənclər və idman idarəsinin rəisi Rakif Əliyev, həmiçinin Mehriban Abasquliyeva və 130 nömrəli məktəbin direktoru Ağasəid Orucov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan və uğurlarından bəhs etdilər. Keçirilən şahmat turnirində məktəbimizin şagirdləri də iştirak etdilər və turniri üçüncü yerdə tamamlayaraq diplom və medallarla mükafatlandırıldılar. Həmçinin məktəbin idman müəllimi M.Ceyhun da diploma layiq görüldü.