“Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində təşkil olunan səyyar kitabxana 130 nömrəli məktəbdə oldu
“Müəllimlər günü” ilə əlaqədar olaraq Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisin Deputatı Dilarə xanım Cəbrayılovanın birgə təşkilatçılığı ilə “Oxuyaq və Oxudaq” adlı layihə çərçivəsində səyyar kitabxana təşkil olundu. Bu layihə Maştağa, Nardaran və Bilgəh qəsəbələrinə şamil edildi. Səyyar kitabxana 130 nömrəli məktəbdə də oldu. Layihənin təşkilatçıları həmçinin 130 nömrəli məktəbin direktoru Ağasəid Orucov da şagirdləri mütaliənin əhəmiyyəti və vacibliyi barədə məlumatlandırdı. Şagirdlərə bir çox bədii kitablar paylandı.