Milli Musiqi Günü

Bütün müsəlman şərqində opera sənətinin əsasını qoymuş Üzeyir Hacıbəyov görkəmli bəstəkar və drijor kimi adını tarixə yazmağa müəssər olmuşdur. Bu şəxsiyyətin doğum günü musiqi tariximizin ən əlamətdar hadisəsi olduğundan 18 sentyabr ulu öndər Heydər Əliyevin sərəncamına əsasən artıq 22 – ci ildir ki, Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd olunur. Bu ənənəyəyə sadiq qalaraq 130 nömrəli məktəb “Milli Musiqi Günü” münasibəti ilə “Musiqi tariximizin dahisi” başlıqlı tədbir təşkil etdi.Tədbirdə məktəbin şagird və müəllim kollektivi yaxından iştirak etdilər. Tədbir Üzeyir bəyin bəstəkarı olduğu Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Daha sonra çıxış üçün söz məktəbin musiqi müəllimi Gültəkin Mirzəyevaya verildi. Çıxışında görkəmli bəstəkar Üzəyir bəyin həyat və yaradıcılığından bəhs edən müəllim dahi bəstəkarın yaratdığı musiqi incilərinin dünya şöhrəti qazandığını və dünya musiqi mədəniyyətinin qızıl fonduna da daxil olduğunu qeyd etdi. Tədbirdə həmçinin məktəbin şagirdlərinin ifasında müxtəlif musiqilər səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi