21 Sentyabr Beynəlxalq Sülh günü

“Sülhə gəlin, ey insanlar! Yoxsa, dünya məhv olar” başlığı ilə 130 nömrəli məktəbin akt zalında “21 Sentyabr Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Sülh gününə həsr olunmuş bu tədbirdə məktəbin müəllim və şagirdlərinin çıxışları ilə bu günün əhəmiyyəti tədbir izləyicilərinə çatdırılmış oldu. Çıxış edənlər arasında məktəbin Azərbaycan dili müəllimi Hüseynzadə Aydan öz çıxışında bu günün əhəmiyyətindən bəhs edərək dünyada hökm sürməsini istədiyimiz sülhün əsas aşılanma məkanlarından biri kimi məktəblərin rolunu qeyd etdi. Daha da sonra çıxış üçün söz 130 nömrəli məktəbin psixoloqu Zamanova Aybənizə verildi. Uşaqları sülh günü münasibəti ilə təbrik edən psixoloq yaşından, irqindən, milliyyətindən asılı olmayaraq hər kəsin sülhə nail olmaq üçün səy göstərməli olduğunu və onun əhəmiyyətini tədbir iştirakçılarına çadı. Şagirdlər insanları sülhə səsləyən musiqilər ifa edib, müxtəlif şeirlər söylədilər. Şagirdlərin sülhü, birliyi simvolizə etmək üçün əl - ələ tutaraq ifa etdikləri nəğmə tədbirin gözəl sonluğu oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi