2016 - 2017 - ci tədris ilində "Bilik kuboku"nun sonuncu qalibi müəyyən olundu

Məktəbimizdə ənənə halını almış dostluq, bilik kuboku adı altında təşkil olunan bilik yarışlarının sonuncusunun dərs ilinin sonunda keçirilməsi heç də təsadüfi deyil. Bu sonuncu yarış il boyu mübarizə aparan komandaların ən güclüsünü təyin etməklə il ərzində əldə olunan biliklərin yoxlanılması səviyyəsinin müəyyənləşdirilməsi məqsədi daşıyırdı. Yarışda dostluq və bilik kubokunun son qalibləri müvafiq olaraq 8 “C” və 8 “A” sinifləri mübarizə apardılar. Komandalar 6 fənn: Azərbaycan dili, riyaziyyat, məntiq, tarix, coğrafiya, ingilid dili üzrə təşkil olunan sualları cavablandırdılar. Yarışın sonunda 275 bal toplayan 8 “A” sinfi qalibiyyət əldə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi