İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna və Şirvanşahlar sarayına ekskursiya
Məktəbimizin 8–ci sinif şagirdləri Təhminə müəllimin rəhbərliyi ilə İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğuna və Şirvanşahlar sarayına ekskursiya etdilər. Azərbaycan xalqının mədəni irsinin nadir incisi, hər bir Azərbaycanlının qurur mənbəyi olan İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğunun 22 hektarlıq, çox da böyük olmayan ərazisində yüzlərlə tarixi abidə vardır ki, bunlardan da 4-ü dünya, 28-i yerli əhəmiyyətlidir. Şagirlər bu unikal məkanı ekskursiya edərkən dəyərli informasiya əldə etmiş oldular. Onlar həmçinin İçərişəhərdə yerləşən orta əsrlərə aid Şirvanşahlar kompleksini də ekskursiya etmək imkanı əldə etdilər.