Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 – cü ildönümünə həsr olunmuş “Dostluq yarışı” adlı bilik yarışı keçirildi
Heydər Əliyevin anadan olmasının 94 – cü ildönü münasibəti ilə “Dostluq yarışı” adlı bilik yarışı təşkil olundu. Yarışda iştirak edən 5"A", 5"B", 5"C" sinifləri dörd fənn üzrə tərtib olunan sualları cavablandırmaq uğrunda mübarizə apardılar. Azərbaycan dili, məntiq, riyaziyyat və Azərbayca tarixi fənlərinin hər birindən 5 sual səsləndirildi. Yarışın sonunda 5"A" sinfi 80 bal toplayaraq qalib elan olundu. 5"B", 5"C" sinifləri müvafiq olaraq 60 və 25 bal toplayaraq 2 - ci 3 - cü yerləri bölüşdülər. Tdbirin sonunda yarışın təşkilatçısı tərbiyə işləri üzrə direktor müavini Dadaşova Yeganə müəllim çıxış edərək Ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafını kənarda qoymadığını, təhsilin inkişafı məqsədilə daim ciddi tədbirlər həyata keçirdiyini qeyd etdi. Heydər Əliyevin maarif sahəsinə verdiyi önəmi nəzərə alaraq bu şəxsiyyətin anadan olmasının 94 - cü il dönümündə məhz bilik yarışının keçirilməsinə önəm verdiklərini söyləyərək, Heydər Əliyevin elm sahəsinin inkişafında göstərdiyi fəaliyyətlər barədə şagirdləri məlumatdırmaqla çıxışını tamamladı Məktəbdə təşkil olunan bu kimi yarışlar şagirdlərin intellektual bacarıqlarının yoxlanılması və biliklərinin daha da möhkəmləndirilib, gücləndirilməsinə xidmət edir.