Şuşa rayonunun işğalının 25 – ci ildönümünün yad olunması məqsədi ilə "Dəyirmi masa" təşkil olundu

"Dəyirmi masa"nı təşkil edən Vəliyev Yusif müəllim Qarabağ tarixinə qısa nəzər salaraq şagirdləri məlumatlandırdı. Şagirdlər sahib olduqları bilikləri digər yoldaşları ilə mübadilə əsasında daha da inkişaf etdirdilər. Yusif müəllim "Dəyirmi masa"nın Şuşanın işğalının 25 – ci ildönümünü anmaq məqsədi daşıdığını xatırladaraq, Şuşa rayonun tarixi keçmişinə nəzər salamaqla Azərbaycanın bu dilbər guşəsinin işğalının ermənilərin əsas məqsədlərindən biri olduğunu və onların bu niyyətlərinə 8 may 1992 – ci il tarixində nail olduqlarını qeyd etdi. Həmçinin müəllim Azərbaycanın qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalının başa çatdığını qeyd etdi. Azərbaycanın Şuşadan məhrum olmaqla itirdiklərini şagirdlərin nəzərinə çatdıraraq qeyd etdi ki, Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi - mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi