130 nömrəli məktəbdə şagirdlərin ekoloji savadlılığının artırılması, onlarda ətraf mühitin qorunması ilə bağlı sosial bacarıqların formalaşdırılması məqsədi ilə “Təbiəti qoruyaq” adlı tədbir təşkil olundu

Təbiətin qorunub mühafizə olunması hər bir vətəndaşın borcudur. Çünki sağlam təbiət sağlam gələcək deməkdir. Bu anlayışın şagirdlərə aşılanmasında məktəbin böyük rolu vardır. Məhz bu məqsədlə məktəbin biologiya müəllimi B.Səyyarənin təşkilatçılığı ilə “Təbiəti qoruyaq” başlığı altında tədbir keçirildi. Təbiətin mühafizəsinə diqqəti çəkən, quşların, çiçəklərin, heyvanların dilindən şagirdlərə müraciət olunan bu tədbirdə insanın yaşayışının, sağlamlığının, birbaşa təbiətin qurunması ilə bağlı olduğu qeyd olundu. Məhz buna görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin flora və faunasını qorumalıyıq deyən şagirdlər tədbir boyu bunu şüar olaraq səsləndirdilər. Təbiətin oksigen mənbəyi olan meşələrin və oradakı ağacların öz əhəmiyyətindən bəhs edən dialoqları tədbirə əlavə maraq qatdı. Təbiətin bütün gözəlliklərini əhatə edən həmçinin maarifləndirici əhəmiyyət daşıyan videoçarxlar nümaiş olundu. Sonda çıxış edən Səyyarə müəllim tədbirin təşkilində əsas məqsədinin təbiətə qayğı, ətraf mühitin mühafizəsi kimi anlayışları şagirdlərə aşılamaqdan ibarət olduğunu qeyd etdi. Məktəbin direktoru Ağasəid müəllim öz çıxışında şagirdlərə bu maarifləndirici tədbirdən faydalanmağı və gündəlik həyatlarında buna müvafiq rəftar etməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi