130 nömrəli məktəbdə “Nardaran və nardaranlılar” kitabının təqdimatı keçirildi

Dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən çap edilmiş “Nardaran və nardalanlılar” kitabının təqdimatı Sabunçu rayonu Nardaran qəsəbəsi 130 №li tam orta məktəbdə təşkil olundu. Təqdimat məktəbin direktoru Ağasəid Orucovun çıxışı ilə açıq elan olundu. Açılışdan sonra Nardaran kəndi haqqında video - çarx nümaiş edildi. Daha sonra söz Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri Vəliyev İsaxan müəllimə verildi. O, çıxışında kitabın ərsəyə gəlməsində yaxından kömək edənlərə öz təşəkkürünü bildirdi və kitabı tərtib etməkdə əsas məqsədin Nardaran ziyalılarının fəaliyyətinin gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd etdi. Dini komitənin şöbə müdiri Nahid Məmmədov öz növbəsində kitabda yer almış ziyalılardan, din xadimlərindən, istedadlı gənclərdən bəhs edərək qeyd etdi ki, nardaranlılar təkcə dini bilikləri ilə deyil həm də elm, mədəniyyət sahəsinə verdiyi tövhələrlə məşhurdur. Daha sonra çıxış üçün söz kitabın müəllifi Orxan Maşayevə verildi və o nitqində gələcəkdə də bu işi davam etdirib, Nardaranın tarixi şəxsiyyətlərinin həyatını araşdırıb daha geniş miqyaslı kitab nəşr etmək istəyini ifadə etdi. Sonda məktəblilərin ifasında qəzəllər söylənildi. Bunun ardınca Maştağa musiqi məktəbinin müəllimi Məlikov Hüseynin ifasında muğam dəsgahı səsləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi