130 nömrəli məktəbdə direktor Ağasəid Orucovun 30 illik fəaliyyətinə həsr olunmuş “Bilik kuboku” yarışının növbəti mərhəlisi keçirildi

Şagirdlərin etik - estetik zövqlərinin artırılması, təhsilə marağın gücləndirilməsi, onların sahib olduqları biliklərə dair sərbəst fikir yürütmə bacarığını inkişaf etdirmək məqsədi daşıyan “Bilik kuboku” yarışı mütəmadi olaraq keçirilir. Yarışın növbəti iştirakçıları son görüşün qalibi 6"A" və onun duelə çağırdığı 8"A"sinif şagirdləri idi. Suallar məntiq, Azərbaycan dili, riyaziyyat, tarix fənləri üzrə hazırlanmışdır. Yarış gərgin mübarizə şəraitində davam etdi. Bu mübarizədən sonra kubokun növbəti sahibi 8"A" sinfi oldu. Şagirdlər direktor Ağasəid müəllim tərəfindən mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi