130 nömrəli məktəbdə “31 Mart Soyqırımı"nın anılması məqsədi ilə "Dəyirmi masa" təşkil olunmuşdur
“31 Mart Soyqırımı"nın anılması məqsədi ilə təşkil olunmuş "Dəyirmi masa"da tarix müəllimi Mustafayev Anar bu hadisə ilə bağlı şagirdləri məlumatlandırdı və tarixi həqiqətlər onların nəzərinə çatdırıldı. Tarixi düşmənimiz olan ermənilərin tamahkarlığı nəticəsində xalqımızın başına gətirilən müsibətlər qeyd olundu. Əsrlər boyu davam edən bu düşmənçiliyin nəticəsində Azərbaycanın 20% torpaqlarından məhrum olduğunu xatırladan müəllim ermənilərin işğalçılıq niyyətlərinin ta keçmişdən alovlandığını qeyd edərək, buna bariz nümunə kimi “31Mart” hadisələrini göstərdi. Məhz həmin illərdə də ermənilərin öz çirkin niyyətlərini həyata keçirib, qətliam törətmək üçün başqa ölkələrdən dəstək almaq məqsədi ilə hiyləyə əl atdıqlarını qeyd etdi. Müəllim bu faktı ermənilərin həqiqətdə Azərbaycanla mübarizə aparacaq gücə sahib olmadığının göstəricisi olduğunu söylədi. Bu tarixdə xalqımıza qarşı törədilən soyqırım nəticəsində on minlərlə Azərbaycanlı qətlə yetirilmişdir. "Dəyirmi masa"da bu faktları əks etdirən video - çarx təqdim olundu. Müəllim “31 Mart Soyqırımı” haqqında məlumatlandırılan şagirdlərdən bu hadisə ilə əlaqəli düşüncələrini söyləyib fikir mübadiləsi aparmaqlarına imkan yaratdı.