130 nömrəli məktəbin direktoru Ağasəid Orucovun fəaliyyətinə həsr olunmuş “Bilik kubok”u uğrunda növbəti bilik yarışı keçirildi
Direktor Ağasəid Orucovun fəaliyyətinə həsr olunmuş və ardıcıl olaraq həyata keçirilməsi nəzərdə tutulan “Bilik kubok”u uğrunda növbəti bilik yarışı 7"A" və 6"A" sinifləri arasında keçirildi. Xatırladaq ki, ilk belə yarışda qalib gələn 7"A" sinfi növbəti duelə 6"A" sinfini çağırmışdır. Bu mübarizənin təşkilatçısı Orucov Bağır bilik yarışında həmçinin aparıcı qismində iştirak etdi. Təşkil olunan yarışda komandalara ənənəvi olaraq 4 fənn üzrə suallar verildi. Suallar Azərbaycan dili, riyaziyyat, məntiq, ümumi tarix fənnlərini əhatə edirdi. Bu yarışın sonunda “Bilik kubokunun” növbəti sahibinin adına aydınlıq gətirildi. 6"A" sinfi yarışı qalibiyyətlə bitirdi və şagirdlər direktor müavini Dadaşova Yeganə tərəfindən mükafatlandırıldı, kubok qalib komandaya təqdim olundu. Qaydaya müvafiq olaraq 6"A" sinfi növbəti duel üçün öz rəqibini yarışa dəvət edəcək.