İlaxır çərşənbə - torpaq çərşənbəsi ilə əlaqədar “Novruz gəldi, yaz gəldi” adlı bayram şənliyi qeyd olundu

Torpaq çərşənbəsi torpağın oyanması, canlanması kimi əlamətlərlə əlaqələndirilir və qeyd olunur.Torpağın, təbiətin canlanması insanlara da təsirsiz ötüşmür. Təsadüfi deyil ki, insanlar adət - ənənələr ilə zəngin olan Novruz bayramını məhz bu dönəmdə qeyd edirlər. Bütün çərşənbələrdə olduğu kimi axır çərşənbədə də tonqal qalanması, səməni, xonça düzəltmə kimi bir çox adətlər yerinə yetirilir. Şagirdlərə belə adət - ənənələrin aşılanmasında məktəbin çox mühüm rolu var. Məktəbimizdə belə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Son çərşənbədə qeyd olunan “Novruz gəldi, yaz gəldi” adlı bayram şənliyi belə tədbirlərdən biridir. Bu tədbir məktəbin həyətində təşkil olundu. Yazın gəlişinə aid şeirlər söyləndi, manhılar oxundu. Xalqımızın milli adət - ənənələri haqqında şagirdlərə ətraflı məlumatlar verildi. Tonqal qalandı. Şagirdlər qalanan tonqal ətrafında yallı gedib, rəqs etdilər. Tədbirdə novruzun əsas personajları keçəl və kosa kiçik tamaşalarla çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi