“İdman və bədən tərbiyəsi günü”nə həsr olunmuş “Breyn Rinq” keçirildi
“İdman və bədən tərbiyəsi günü” münasibəti ilə məktəbdə idman fənni üzrə şagirdlərin bilik və bacarıqlarının səviyyəsini müəyyən etmək məqsədi ilə "Breyn ring" yarışı keçirildi. Bu yarış 7, 8, 9, 9, 10, 11 - ci siniflər arasında 3 nəfərdən təşkil olunmuş komandalar şəklində keçirildi. Yarış, "Breyn rinq"in təşkilatçısı idman müəllimi Orucov Bağırın çıxışı ilə açıq elan olundu. Yarışan komandalar üçün ümumilikdə 5 sual səsləndirilirdi. Aparıcı qismində iştirak edən müəllim 1\8 mərhələsindən çıxacaq komandaları müəyyənləşdirmək üçün onları iki - iki qarşılaşdırdı. Səkkizdə bir, yarımfinal və final mərhələlərindən sonra qalib müəyyən olundu. İlk görüşdən 7"A" sinfi qalib ayrıldı. Növbəti komandaların eyni formalı mübarizəsindən 8"B" sinfi yeni mərhələyə keçdi. 1\8 mərhələsinin digər iki qalib komandası 9"A"; 11"A" oldu.Yarımfinaldan qalib ayrılan 9"B" və 7"A" siniflərinin final qarşılaşmasından 9"B" qalibiyyətlə ayrıldı. Məktəbin direktor müavini Mahmudova Təhminə müəllim şagirdlərin mükafatlandırılmasında iştirak etdi. Bununla da yarış bağlı elan edildi.