Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş “Əsir Xocalım” adlı foto – stend, rəsm sərgisi və divar qəzeti hazırlanmışdır

22.02.2017 - ci il tarixində Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar olaraq məktəbdə foto – stend, rəsm sərgisi və divar qəzeti hazırlanmışdır. “Əsir Xocalım” başlıqlı foto – stenddə Xocalı dəhşətini əks etdirən fotolar öz əksini tapmışdır. Burada amansızlıqla qətlə yetirilmiş, yurd – yuvasından didərgin salınmış insanların, kimsəsiz qalmış körpələrin fotoları cəmlənmişdir. Bu şəkillərin hər biri Azərbaycan xalqının faciəsinin, tarixinin qanlı səhifələrinin bariz nümunəsidir. Bu stenddin məktəbin foyesində təşkil olunmasında əsas məqsəd baş vermiş faciəni bütün reallığı ilə şagirdlərin gözü önündə canlandırmaq və bildiklərini araşdırıb, öyrənməsinə istiqamət verməkdən ibarət idi. Məktəbin bütün şagirdlərinə, Xocalı faciəsini əks etdirən rəsmlərini təqdim etmə imkanı isə rəsm sərgisi vasitəsi ilə yaradılmışdır. Faciənin əks olunduğu təsvirlər, şagirdlərin hiss və duyğularına əsaslanmışdır. Təşkil olunan bu sərgi onların Xocalı həqiqətlərindən tam məlumatlı olduğunun göstəricisi idi. Rəsmlərin sərgilənməsi zamanı məktəb kollektivi yaxından iştirak etdi və müəllimlər Xocalı soyqırımı haqqında şagirdləri bir daha məlumatlandırdılar. Müəllimlərin çıxışının əsasını Xocalı ilə yanaşı vətənə, millətə sevgi hisslərinin aşılanması təşkil edirdi. Məlumat xarakteri daşıyan məktəblilərin divar qəzetinin bu dəfəki səhifəsində Xocalı faciəsinin ildönümü haqqında informasiya öz əksini tapmışdır. Bu guşə sayəsində şagirdlər digər yoldaşlarının faciə haqqında yazdığı yazılarla tanış olmaqla yanaşı fikir mübadiləsi aparıb daha da məlumatlanmaq imkanı əldə etdilər. Məktəblərdə bu kimi təbliğat işlərinin həyata keçirilməsi zəruri tədbirlərdəndir. Məhz bu kimi tədbirlər şagirdlərə ilkin biliklərini möhkəmlədib, Azərbaycan tarixini dərindən mənimsəmələrinə yardımçı olur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi