Nümunəvi dərs keçirilib
Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq nümunəvi dərslərin keçirilmə qrafiki təsdiqlənmişdir. Nümunəvi dərs Azərbaycan tarixi müəllimi Tarverdiyev Məhəbbətin təqdimatında 10A sinfində təşkil olunub. Nümunəvi dərsdə məktəbin direktoru Samirə Əliyeva, təşkilati işlər üzrə direktor müavini Yeganə Dadaşova iştirak ediblər. Dərs zamanı müəllim elektron lövhədən, slaydlardan, müxtəlif əyani vəsaitlərdən istifadə edərək mövzunu izah etdi. Dərsdə şagirdlər aktivlik nümayiş etdirdilər. Dərsin quruluşu fəal təlimin tələblərinə cavab verirdi.