IX sinif şagirdlərinə imtahana buraxılış vərəqələri təqdim olunub
14.03.2024-cü il tarixində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsini icra edən Yeganə Dadaşova lX sinif şagirdləri ilə imtahanqabağı stresin atılması istiqamətində maarifləndirici söhbət aparıb. O, şagirdlərə imtahana buraxılış vərəqələrini təqdim edib və bir neçə məsləhət verib. Buraxılış imtahanında iştirak edən şagirdlərə uğurlar arzulayırıq.