"Biz öz hüquqlarımızı bilirik" adlı tədbir keçirildi
"Biz öz hüquqlarımızı bilirik" adlı tədbir keçirildi. Tərbiyə işləri üzrə direktor müavini Dadaşova Yeganə şagirdlərə dövlət nəzarətinin məqsədi, uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınması haqqında məlumatlar verdi. Məktəbin direktoru Orucov Ağasəid həm də uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olması haqqında məruzə söylədi. Sonda isə şagirdlərin iştirakı ilə şeirlər söyləndi, mahnılar oxundu.