Narkomaniya əsrin bəlasıdır

Sabunçu Rayon polis İdarəsinin təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir. Rayon İH hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov, Sabunçu RPİ - nin rəisi Eldar İlyasov, həkim narkoloq Asif Kəngərli, psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov, Bakı şəhəri BPİ - nin YYCPİTB - in rəisi Məryəm Ömərova və DİN - nin mətbuat xidmətinin əməkdaşı Hafiz Təmirov iştirak etmişlər. Tədbir iştirakçıları narkomanyanın yayılması, fiziki və mənəvi təsirlərin, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxış etmişlər. Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur. Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Bütövlükdə tədbir 130 №-li tam orta məktəbin həm müəllim, həm də şagird kollektivi tərəfindən qiymətləndirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi