“Qəhrəmanın şərəfli yolu” adlı dəyirmi masa təşkil olundu

    Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin General-mayoru Polad Həşimovun 47-ci doğum günü münasibəti ilə 130 saylı məktəbdə onun xatirəsi yad olundu. Bu münasibətlə “Qəhrəmanın şərəfli yolu” adlı dəyirmi masa təşkil olundu. Dəyirmi masa məktəbin TİDM Yeganə Dadaşova və UBTR Təhminə Novruzovanın rəhbərliyi, Hərbi rəhbər Şəhriyyar Əsədovun təşkilatçılığı ilə icra olundu. Tədbir himnin səslənməsi ilə açıq elan edildi. Daha sonra çıxışa ilk olaraq müəllim, Şəhriyar Əsədov başladı. O, General-mayorun həyat və fəaliyyəti haqqında şagirdləri məlumatlandırdı. Şagirdlərin Polad Həşimov haqqında hazırladıqları videoçarx nümaiş olundu. Şagirdlər General – mayor haqqında topladıqları məlumatları da dəyirmi masa iştirakçılarına çatdırdılar. Sonda çıxış üçün söz məktəb direktoru Samirə Əliyevaya və TİDM Yeganə Dadaşovaya təqdim olundu. Onlar da öz növbələrində bu şəxsiyyətin şərəfli həyat yolundan bəhs edərək, şagirdlərə belə qəhrəmanlardan örnək götürmələrini tövsiyyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi