"Torpaq, uğrunda ölən varsa, Vətəndir"
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşovanın təşkilatçılığı ilə "Torpaq, uğrunda ölən varsa, Vətəndir" mövzusunda onlayn tədbir keçirildi. Yeganə Dadaşova aprel döyüşləri və babalarımızdan bizə miras qalmış torpaqlarımız uğrunda canlarından keçərək "Şəhidlik zirvəsi"nə ucalmış Şəhidlərimiz haqqında şagirdlərə məlumatlar verdi. Şagirdlər də öz növbələrində aprel döyüşləri haqqında yazdıqları esseləri oxuyaraq, qəhrəmanlıq, vətən mövzusunda şeirlər söylədilər.