Məişət zorakılığı haqqında şagirdlərlə onlayn maarifləndirici vebinar keçirildi
Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir.Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil,bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşovanın rəhbərliyi, psixoloq Aybəniz Zamanova və biologiya müəllimi Natavan Mahmudovanın təşkilatçılığı ilə "Zorakılığa yox deyək!" mövzusunda onlayn maarifləndirici vebinar keçirildi. Onlar öz növbələrində gender zorakılığı, zorakılığın növləri və zorakılıqdan qorunma yolları haqqında məlumatlar verək şagirdlərin suallarını cavablandırdılar.