Xocalı soyqırımını unutmadıq
26 fevral 1992-ci il. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət,belə vəhşilik görməmişdi.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova, tarix müəllimləri Anar Mustafayev və Cəmilə Abdullayevanın təşkilatçılığı ilə "Xocalı soyqırımını unutmadıq"adlı onlayn seminar keçirildi. Tarix müəllimləri şagirdlərə dəhşətli faciə haqqında məlumatlar verərək bu faciəni əks etdirən sənədli film numayiş etdirdilər. Sonda Yeganə Dadaşova 44 gün davam edən müharibədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi haqqında danışaraq hər bir şəhidimizin qisası alındığını bildirdi.