"Ana dilim-mənim varlığım"

     Dil hər bir xalqın mənəvi sərvəti, qürur yeridir. Tarixin sınağından çıxıb cilalana-cilalana bu günümüzədək gəlib çatan Azərbaycan dili də bizim hər birimiz üçün ana laylası kimi əziz və müqəddəsdir.
   Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşovanın təşkilatçılığı ilə 6 -cı sinif şagirdləri ilə "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş onlayn tədbir keçirildi. Yeganə Dadaşova şagirdlərə Azərbaycan dilinin qədim tarixə malik olduğundan danışaraq bildirdi ki,bu dil hələ Şah İsmayıl Xətainin hakimiyyəti dövründə dövlət dili səviyyəsində yüksəlmiş, ondan diplomatik yazışma ,hərbi -təlim dili kimi istifadə olunmuşdur. Şagirdlər də öz növbələrində dahi şairlərimizin müqəddəs Ana dilimizə həsr etdikləri şeirləri söyləyərək yazdıqları inşaları oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi