" Qarabağın əsrarəngiz xalçaları"

       Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsini tədrisdə əks etdirilməsi haqqında " Fəaliyyət Planına əsasən məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova və texnologiya müəllimi Səbinə Ağazadənin təşkilatçılığı ilə videokonfrans keçirildi. Səbinə Ağazadə şagirdlərə Azərbaycan xalqının şanlı qələbəsi haqqında danışdı. Daha sonra Qarabağın əsrarəngiz xalçaları və onların üzərində işlənmiş zərif naxışlar, naxışların ifadə etdiyi mənalar haqqında məlumatlar verdi. Şagirdlər də öz növbələrində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirərək, şəhidlərimizə Allahdan rəhmət diləyib yaralı əsgərlərimizə şəfa arzuladılar və öz əl işlərini nümaiş etdirdilər. Sonda tərbiyə işləri üzrə direktor müavini  Yeganə Dadaşova çıxış etdi. Şagirdlərə və Səbinə Ağazadəyə öz təşəkkürünü bildirərək şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi