Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16-11-2020 F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Fəaliyyət planına uyğun olaraq 7.12.202 tarixdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova, tarix müəllimləri -Anar Mustafayev, Cəmilə Abdullayeva və VIII-IX sinif şagirdlərinin iştirakı ilə videokonfrans keçirildi. Giriş sözü ilə Yeganə Dadaşova 44 gün davam edən müharibədə torpaqlarımızı işğaldan azad edən ordumuzun zəfəri haqqında danışdı. Daha sonra Anar Mustafayev və Cəmilə Abdullayeva öz növbələrində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə məlumatlar verib şagirdləri maraqlandıran sualları cavablandırdılar. Anar müəllim bu qələbədə düşmənlə qəhrəmancasına vuruşan rəşadətli ordumuz, igid əsgərlərimiz və öz canlarını qurban verən ölməz şəhidlərimizdən danışdı . Sonda şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.