21 fevral Beynəlxalq Ana Dili Günüdür
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. 21 fevral 2020 – ci il tarixdə məktəbdə Əhmədova Afaq müəllimin təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada dilimizin tarixindən, Ş. İ. Xətainin ana dilimizin yaşaması və gələcək nəsillərə ötürülməsi üçün gördüyü böyük işlərdən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dilimizin kənar dillərin təsirindən qorunması və dilimizin təkmilləşdirilməsi , inkişafı naminə apardığı siyasətindən, həmçinin Prezident İlham Əliyevin dilimizin hüquqi statusu üçün imzaladığı fərmanlardan bəhs edildi. Qeyd olundu ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.