“Valideynin məktəbdə bir günü” I mərhələ
“Valideynin məktəbdə bir günü “ adlı layihənin həyata keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-448 nömrəli əmrinə əsasən 16.12.2019-cu il tarixində məktəbimizdə “Valideynin məktəbdə bir günü”adlı layihəsi həyata keçirildi. Layihə məktəbin AKT zalında keçirildi.
Layihənin keçirilməsində məqsəd valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı, tədris prossesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi və məktəb kollektivi ilə səmərəli ünsiyyət platformasının yaradılmasıdır.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yeganə Dadaşova çıxış edərək məktəb və məktəbdə fəaliyyət göstərən dərnəklər, məktəbdə yaradılan KA haqqında məlumatlar verdi. Eyni zamanda şagirdlərlə bağlı məktəb rəhbərliyinin irad və tövsiyylərini valideynlərə bildirdi.
Valideynlər məktəbin kitabxana, yeməkxana, idman zalı və kabinetləri ilə tanış oldular. Daha sonra valideynlər övladlarının oxuduğu siniflərə daxil olaraq dərsləri dinlədilər və tədrisin gedişatını əyani olaraq müşahidə etdilər.