"Xocalı qan yaddaşımızdır"

 Bu gün məktəbin akt zalında "Xocalı qan yaddaşımızdır" adlı ədəbi-bədii kompozisiya keçirildi. Məqsəd Xocalı spyqırımı faciəsini şagirdlərə çatdırmaq, bu tarixi hadisəni unutmamaq və gələcək nəslə çatdırmaq idi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və Xocalı soyqırımında həlak olanlar bir dəqiqəlik sükutla yad edildi. O dəhşətli gecə haqqında şagirdlər məlumat verdilər, şeirlər söylədilər, səhnəciklər göstərdilər.Tədbirdə məktəbin direktoru Məhluqə Əzizova çıxışında bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Çıxışına davam edən Məhluqə Əzizova onu da qeyd etdi ki,  2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Qarabağ Azərbaycandır! Sonda şagirdlərə qan yaddaşımız olan Xocalı faciəsini unutmamağı tövsiyyə etdi. Tədbirdə  şagirdlər və müəllimlər iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi