"Təhlükəsiz məktəb" həftəsi davam edir

"Təhlükəsiz məktəb" həftəsi davam edir. Bu gün "Kiçik Akademiya"nın vitse prezidenti Yusif Allahverdiyev "Kiçik Akademiya"ya üzv olmaq istəyən VIII sinif şagirdləri ilə kibertəklükəsizlik haqqında maarifləndirici söhbət apardı.

Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) – kompüter sistemləri və şəbəkələrinin icazəsiz şəkildə məlumatların açıqlanması, oğurlanması və ya texniki vasitələr, habelə proqram təminatının pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır.

Bu sahə kompüter sistemlərinə, internetə və Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına olan inamın genişlənməsi və smartfonlar, televizorlar və müxtəlif əşyaların internetini təşkil edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması ilə əlaqədardır. Kibertəhlükəsizlik həm informasiya sistemlərinin mürəkkəbliyinə, həm də onların dəstəklədiyi cəmiyyətlərə görə müasir dünyanın ən mühüm problemlərindən biridir.

Şagirdlərimiz üçün təhlükəsiz və sağlam mühit yaratmaq əsas missiyamızdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi