20 yanvar qəhrəmanlıq səlnaməsidir

20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “20 Yanvar sınağı: azərbaycançılıq nümunəsi”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda seminar və dərslər təşkil edilmişdi. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılmışdı. Bildirilib ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edildi. 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə bağlı Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqın birliyi və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində əsirlikdə qalan doğma torpaqlarımız azad edildi. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin bütövlüyü bərpa olundu. Sadalananlar xalqın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirdi. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi