“Dünya bizim üçün nağıldır”

Bu gün məktəbin psixoloqları ibtidai siniflərdə “Dünya bizim üçün nağıldır” mövzusunda söhbətlər aparmışdılar. Mövzu ətrafında şagirdlərin nağıllar haqqında maraqlı təqdimatları oldu.

Nağılların uşağın inkişafında çox əhəmiyyətli və qiymətli fəaliyyətləri vardır. Nağıl danışılarkən bir tərəfdən izah edən adam ilə uşaq arasında ünsiyyət qurulur, digər tərəfdən isə uşağın bütün zehni fəaliyyətləri hərəkətə keçir. Oxuduğu və ya dinlədiyi nağıllardakı simvollar haqqında xəyallar quran uşaq hadisələrin inkişafına görə yaxşını və pisi, doğrunu və yanlışı ayırd etməyi öyrənir. Hansı yaşda olmasından asılı olmayaraq əsasən uşaqlar üzərində nağılların tərbiyəvi cəhəti daha güclüdür. Nağıllarda tənbəlliyin, qorxaqlığın, sədaqətsizliyin, yalanın, zülmün, riyakarlığın pislənməsi, tənqid olunması, dostluğun, doğruluğun, düzgünlüyün, etibar və inamın, mərdlik və cəsarətin müsbət keyfiyyətlər kimi göstərilməsi bütün uşaqlarda onların gələcək inkişafında, cəmiyyətdə özünə layiqli yer tutmasında hər zaman yaşıl işıq funksiyasını yerinə yetirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi