Narkomaniya və erkən nigah haqqında maarifləndirici tədbir keçirildi

Narkomaniya və erkən nigah haqqında maarifləndirici tədbir keçirildi. Tədbir dövlət Himnini səsləndirilməsi və şahidlərin xatirəsinin 1 dəqiqə sükutla yad edilməsi ilə başladı. İlk olaraq məktəbin direktoru Məhluqə Əzizova tədbirin məqsədi və əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik-leytinant Ziya əliyev məruzə ilə çıxış edərək müasir dövrdə bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya və onun fəsadları barədə məlumat verdi. Yeniyetmə gənclərin narkotik maddələrdən və zərərli vərdişlərdən qorunması, gənc nəslin fiziki və mənəvi sağlam, savadlı, vətənpərvər ruhda böyüməsi sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verdi.

Nizami rayon Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı polis mayoru Aynurə Əliyeva erkən nigah, onun fəsadları haqqında məruzə ilə çıxış etdi. Yeniyetmə və gəncləri erkən nigah və fəsadları haqqında maarifləndirdi. Sonda narkomaniya və erkən nigah haqqında maarifləndirici videoçarx nümayiş olundu. Tədbirdə Nizami rayon Polis İdarəsinin rəisi Ziya Əliyev, polis əməkdaşları, şagirdlər, müəllimlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi