VIII-IX siniflərdə Reproduktiv sağlamlıq haqqında maarifləndirmə

Məktəbimizdə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində növbəti seminarlar davam edir. Bu gün məktəbin psixoloqları VIII sinif oğlanları ilə "Mənim əhatə dairəm" mövzusunda, IX sinif oğlanları ilə "Təklükəsiz informasiya axtarışı" mövzusunda maarifləndirici söhbətlər apardılar. Daha sonra məktəbin biologiya müəllimi Təranə Qurbanova gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirci söhbətlər apardı.

Söhbət zamanı məktəblilərə reproduktiv sağlamlıq üzrə məlumatlar verilir, həmçinin, onlar sanitar-gigiyenik qaydalar, düzgün qidalanma və hər cür zərərli vərdişlərdən uzaq olmaq barədə məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi