Şagirdlərimiz "Heydər Əliyev ili" çərçivəsində tarix institutunda olublar

Bu gün 30.01.2023-cü il tarixində məktəbin IX sinif şagirdləri tarix müəllimləri Aidə Cəfərovanın təşkilatçılığı ilə "Heydər Əliyev ili" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutnda qonaq olmuşdular. İnstitutun icraçı direktoru İlqar Niftəliyev, elmi katib Ellada Bəkirova və Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov şagirdlərə Ümummilli Liderin şərəfli ömür yolu, vətənimiz üçün göstərdiyi misilsiz xidmətlərindən danışdılar. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlandırılıb, onlara Ulu Öndər haqqında kitablar hədiyyə edilib. Görüş müddətində geniş müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.